TOEFL / IELTS

Sizi TOEFL / IELTS
Kurslarına dəvət edir.

Kursun Proqramı

Dərslər həftədə 5 saat keçirilir.

Dərslər individual və ya qrup şəklində həftədə 2 dəfə (1,5 saatdan tələbənin seçiminə görə dəyişir) keçirilir.

  • TOEFL hazırlıqları imatahana uyğun olaraq, 4 hissədən ibarətdir: Reading , Listening, Speaking, Writing
  • Conversation (Danışıq) klub qrupla 2 saat
  • Dərslər maraqlı və xüsusi proqramla keçirilir.
  • Kurs ödənişlidir

Kursun Əhəmiyyəti:

Siz TOEFL / IELTS kurslarında iştirak etməklə nə qazana bilərsiniz Və digərlərindən fərqimiz nədir?

  • Kursumuzdakı müəllimlər Bakıda təcrübəsinə və tələbələrinin müvəffəqiyyətinə görə seçilmiş ən yaxşı müəllimlərdir
  • Kursumuzda dərslər və dərs proqramı, əsasən, qısa vaxt ərzində kursu müvəffəqiyyətlə bitirib imtahanda lazımı bal toplamaq üçün yararlıdır.
  • Siz bu imtahanları müvəffəqiyyətlə keçsəniz, təhsilinizi xarici ölkələrdə davam etdirə bilərsiniz.
  • TOEFL/İELTS-dən hər hansı birinin imatahanını verib yaxşı nəticə ilə sertifikat alsanız, bu Sizin üçün hər yerdə ingilis dilini yüksək səviyyədə bildiyinizə dair etibarlı sertifikatdır.
  • Conversation Klub İNGLİS DİLİ ANA DİLİ OLAN XARİCİ gənc müəllim tərəfindən aparılır.

Kimlər Kursa Qatıla bilər?

  • Xarici ölkələrdə təhsil almaq istəyən və ingilis dili səviyyəsi yüksək olduğunua dair diplom almaq istəyən hər kəs
  • İngilis dili bilik səviyyəsindən asılı olaraq, TOEFL/İELTS imatahanlarına qatılmaq üçün minumum səviyyəniz upper-intermediate olmalıdır, əks halda Pre-Toefl hazırlığı və ya Ümumi ingilis dili hazırlığını davam etməyiniz lazımdır.Nəticədə, biz imtahan götürüb Sizin səviyyənizi müəyyən edirik.

Kursun Qaydaları , Müvəffəqiyyəti və Mükafatı:

  • Kurs tədrisi ərzində bir dəfə ödənişsiz sınaq imtahanı verəcəksiniz və kompyuter üzərindən olan sınaqlarda da ödənişli şəkildə iştirak edə bilərsiniz.
  • Əgər tələbədə bu müddət ərzində heç bir inkişaf yoxdursa, o, bir neçə xəbərdarlıqdan sonra kursdan kənarlaşdırılır.
  • Hər ay hər tələbə ilə fərdi iclas edilir, onunla təhsili , inkişafı barədə ətraflı danışılır, əksikliklərini düzəltmək barədə məsləhətlər verilir və tələbənin fikirləri nəzərə alınır.
  • Əgər siz bizim verdiyimiz yüksək keyfiyyətli tədrislə öz üzərinizə düşəni yerinə yetirərsinizsə, biz Sizə zəmanət veririk ki, TOEFL və ya İELTS imtahanında müvəffəqiyyət qazanacaqsınız.

Diqqət!!!

  • Vision TOEFL/İELTS kurslarına qatılaraq bir tələbə kimi üzərinizə düşəni yerinə yetirərsinizsə, biz Sizə zəmanət veririk ki, kursumuzu tamamladıqdan sonra TOEFL/İELTS imtahanından müvəffəqiyyət qazanacaqsınız.
  • Dərslər həddindən artıq maraqlı olur və müəllim seçilmiş müəllimdi. Müəllimin özünün ən effektiv üsulu və xüsusi proqramı var. Qeydiyyata tələsin!!!

Test of English as a Foreign Languages ─ İngilis dili xarici dil kimi

Bu imtahan ETS (Educational Testing Service) tərəfindən yaradılıb və imtahanın yaranma tarixi 1964-cu ilə təsadüf edir. Ilk dəfə 23 mln tələbə arasında dünyanın hər tərəfində aparılmışdır.

Bu imtahanın ilk yaranış vaxtından günümüzə kimi 3 variantı mövcud olmuşdur.

  • PBT- Paper Based TOEFL- 1-600
  • CBT- Computer Based TOEFL- 1-300 Ballar üzrə dəyərləndirmə
  • İBT- Internet Based TOEFL- 1-120

Ən son variant olan İBT TOEFL dünya universitetlərinin əsas priaritet seçimi olan TOEFL növüdür və imtahan 4 bölmədən ibarətdir:

  • Listening
  • Reading
  • Speaking
  • Writting

Hər bənd 30 bal üzrə qiymətləndirilir və imtahan sessiyasindan asili olaraq sual sayı dəyişir.

Dünya universitetlərinin çoxu isə 80 və ondan yüksək bal tələb edirlər və yüksək bal daha sadə qəbul olmağı təmin edir.

İELTS nədir?

İnternational English Languages Testing System - Beynəlxalq İngilis Dili Müəyyənləşdirmə Testi

Britaniya Krallığı tərəfindən yaranan bu imtahan dünya universitetləri tərəfindən dil səviyyə müəyyənləşdirmə imtahanı kimi qəbul olunmuşdur. Imtahan struktur etibarı ilə TOEFL ilə eynidir amma bal müəyyənləşdirməsi sahəsində TOEFL-dan fərqli olaraq 1-9 bal sistemi ilə ölçülür.

IELTS İngiltərə, Avstraliya , Kanada, İrlandiya, Yeni Zellandiya və Amerika Birləşmiş Ştatları ali təhsil müəssisələri və Azərbaycanda bəzi universitetlərin hazırlıq sinfindən azad olması üçün lazım olan İngilis dilində bilik səviyyəsinin kafiliyini ölçən imtahandır. Academic və General IELTS imtahanları mövcuddur, ancaq ali təhsil üçün lazım olan Academic IELTS imtahanlarıdır. Ali təhsil müəssisələrinə qəbul edilməyiniz üçün ümumiyyətlə qəbul edilən qiymət 6.0 və yuxarısıdır. Ancaq müraciət edilən ölkə və ali təhsil müəssisəsinin istəklərinə görə bu hədd dəyişə bilir.

IELTS imtahanı 2 il etibarlıdır, ancaq bəzi universitetlər 5 ilə qədər qəbul edir.

IELTS Azərbaycanda Bakı şəhərində tətbiq edilir və bu imtahanın bütün müraciət proseduraları yalnız British Council Bakı ofisində aparılır.

IELTS dörd ədəd dil qabiliyyətinin (listening, reading, writing və speaking) ölçülməsi məqsədini daşıyır. Test Academic və Ümumi İngilis dili səviyyələrində iki fərqli formada tətbiq edilir. Listening və speaking modulları hər iki səviyyədə eyni şəkildə tətbiq edilərkən, reading və writing modulları iki səviyyədə fərqli formatlarda tətbiq edilir.

Testin müddəti cəmi 2 saat 45 dəq-dir.

Listening (4 bölmə, 40 sual, 30 dəq.)

Ümumi İngilis dili Reading (3 bölmə, 40 sual, 60dəq.) - Academic İngilis dili Reading (3 bölmə, 40 sual, 60dəq.)

Ümumi İngilis dili Writing (2 mövzu, 150-250 söz, 30 dəq.) - Academic İngilis dili Writing (2 mövzu, 150-250 söz, 60 dəq.)

Speaking (11-14 dəq.)

Bütün test xalından savayı, hər bölmə üçün ayrı-ayrı xal verilir. Bunlar sizə Test Hesabat Forması şəklində verilir. İmtahandan əldə olunan Hər bölmədən əldə olunan xallar yarım ballı kəsrlə ifadə oluna bilər (məs 4,5 və ya 7,5 kimi).

Kursa müraciət edin. Zəngimizi gözləyin!

Adınız, Soyadınız(*)
Yalnışdır!

E-mail(*)
Yalnışdır!

Telefon nömrəniz(*)
Yalnışdır!

Kurslar(*)
Kursu seçin!!!

Digər kurs
Yalnışdır!

Rəqəmləri daxil edin(*)
Rəqəmləri daxil edin   YeniləYalnışdır!