BP\SOCAR\SCHLUMBERGER hazırlıq proqramı

BP/ SOCAR və SCHLUMBERGER və s. kimi nüfuzlu şirkətlərdə karieranızı bizimlə birgə qurmağa hazırsınızmı?

Vision Təhsil Mərkəzi aşağıdakı hazırlıq proqramını təklif edir.

Bu proqrama nələr daxildir?

1. Elektron ərizələrin doldurulması- ərizə doldurarkən mütləq mütəxəssis məsləhətinə ehtiyacınız vardır, çünki bu şirkətlərdə ərizələrin doldurulmasına və məlumatların dəqiq və dolğunluğuna çox fikir verilir. Ərizələr kompyuterlə deyil, təcrübəli mütəxəssislər tərəfindən yoxlanılır və təhlil edilir. Sizin ərizədə yazdığınız kiçik bir yanlış ve ya səthi məlumat sizi seçdiyiniz şirkətdə kariera qurmaq imkanlarından məhrum edə bilər və bu səbədən biz sizə yüksək mütəxəssislərimiz tərəfindən ərizələrinizin dəqiq və dolğun doldurulması xidmətini təklif edirik.

2. İnglis dili- bu imtahan iki mərhələdən ibarətdir. Bu imtahanda iştirak edəcək mütəxəssis ən az orta (intermediate) səviyyə ingilis dilini bilmə bacarığına sahib olmalıdır. İmtahanın birinci mərhələsi yazılı, ikinci mərhələsi isə şifahi olur. İmtahan 60 sualdan ibarətdir və imtahanın müddəti 40 dəqiqədir. İlk 30 dəqiqə yazılı, son 10 dəqiqə isə şifahi olur. Vision Təhsil Mərkəzi digər kurslardan fərqli olaraq məhz sizə bp/inglis dili kursu xidmətini təklif edir. Təcrübəli müəllimlərimizin dəstəyi və köməkliyi ilə siz bu imtahanı uğurla verəcəsiz.

3. Qabiliyyət (Məntiq) imtahanı - Bu imtahanlar sizin hazırkı bacarıqlarınızı və gələcəkdə müxtəlif iş bacarıqları üçün sizin potensialınızı yoxlamaq məqsədi ilə hazırlanmışdır. Bu imtahanda sizdən sürətli düşünmə və tətbiq etmə bacarığı tələb olunur. Vision Təhsil Mərkəzi yüksək təcrübə sahibi olan müəllim heyyətimiz tərəfindən sizə qabiliyət imtahanılarına hazırlıq proqramını təklif edir.

4. Müsahibə/ interview - Testlərdən keçmiş namizədlər texniki mütəxəssislər və əmək resursları nümayəndələri tərəfindən keçirilən texniki səviyyənin yoxlanması və davranış üzrə müsahibələrə dəvət olunacaqlar. Məntiq imtahanında müvəffəqiyyət qazanmış namizədlər ixtisas üzrə müsabiqəyə dəvət olunacaqlar. 1-1.5 saat ərzində namizədə ixtisası, iş təcrübəsi, texniki və dünyagörüşü ilə bağlı kadrlar şöbəsi tərəfindən suallar veriləcəkdir.

5. Müsahibə sualları 3 hissədən ibarətdir:

1. Ixtisasla bağlı suallar
2. Ümumi dünyagörüşüylə bağlı suallar
3. Şəxsi keyfiyyətlərlə bağlı suallar

  

BP şirkətiylə bağlı daha ətraflı məlumat almaq istəyirsizsə, bu linkə daxil olun:

http://www.bp.com/productlanding.do?categoryId=6084&contentId=7074437

Socar şirkətiylə bağlı daha ətraflı məlumat əldə etmək istəyirsizsə, bu linkə daxil olun:

http://new.socar.az/socar/az/careers/employment_/employment

Schulumberger şirkətiylə bağlı daha etraflı məlumat əldə etmək istəyirsizsə, aşağıdakı linkə daxil olun:

http://careers.slb.com/recentgraduates.aspx

http://careers.slb.com/experiencedprofessionals/joblisting.aspx

Kursa müraciət edin. Zəngimizi gözləyin!

Adınız, Soyadınız(*)
Yalnışdır!

E-mail(*)
Yalnışdır!

Telefon nömrəniz(*)
Yalnışdır!

Kurslar(*)
Kursu seçin!!!

Digər kurs
Yalnışdır!

Rəqəmləri daxil edin(*)
Rəqəmləri daxil edin   YeniləYalnışdır!